Ən çox nədə çətinlik çəkirik? Səbr göstərməkdə. Niyə bacarmırığ bunu? Yoxsa səbrin nə demək olduğunu doğru anlamırığ mı ? Qurani-Kərimdə Allah səbrdən tam 101 dəfə bəhs edir. Nə namaz, nə də oruc, nə Həcc ziyarətin bu qədər vurğulanmır. Ona görə ki, əgər səbr yoxdursa namaz da yarımdır, oruc da, yaxşı əməllər də. Lakin bizə səbr etməyi boyun əymək kimi öyrədiblər. Biri sənə zülm etdikdə səbr et, ailən sənə zülm edirsə səbr et, dövlət haqlarını əlindən alırsa səbr et. Loru dildə desək bizi quzu balasına çevirib adına səbr deyiblər. Allahın bizdən İstədiyi səbr isə öz qərarlarımızda iradəli olmaqdır.Öhdəliyimizi idrak etmək və bu dərkdə qərarlı olmağa davam etməkdir. Hətta Muhammad (sallahu aleyhi və səlləm) peyğəmbər göndərildikdən sonra içində bu camaatdan adam olmaz deyə düşündükdə Allah ona Yunus peyğəmbərlə misal gətirərək səbr etmədiyi halda onun başına gələnləri izah edir. Çünki Yunus peyğəmbər qərarlı olmaqdan vaz keçmişdi, yəni səbrli olmağdan vaz keçmişdi...
Səbrsizlik insanı tez-tez tələsdirir, amma bəzən yaxşı şeylərin vaxt alması lazım olur. Hər şeyin dərhal olmasını istəyirik
İnsan iradəsini, ağılını, vicdanını istifadə etmədiyi təqdirdə çox səbirsiz olur.Hər şey dərhal olsun, hər mövzu dərhal nəticələnsin istər.Bir az səy xərclədiyindən, istədiyi şeyi asanlıqla əldə edə bilsin,bir problemi dərhal həll edə bilsin,bir çətinliyin öhdəsindən dərhal gələ bilsin,çətinliklər dərhal gəlib keçsin istər. Amma dünya həyatındakı imtahanın bir gərəyi olaraq,bəzən hər şey o qədər tez,qısa müddətdə həll etmək olmur.