Səhər zəngli saat çalır, amma canım çalmır. Deyirəm “beş dəqiqə də” – o beş dəqiqə elə 40 dəqiqə olur. Tələsik geyinib çıxıram, yarım yuxulu, yarım ac. Avtobus dolu, maşın varsa buz bağlayıb. İşə çatanda özümü qəhrəman kimi hiss edirəm, amma müdirin sifətini görəndə motivasiyam sıfırlanır. İş həyatımı sevirəm, amma uzaqdan.