məşhəd – "holy spider" filminə baxandan sonra ağzım açıq qaldı.
həmişə dini şəhər kimi tanıyırdıq, amma işin iç üzü heç də o qədər "müqəddəs" deyilmiş. türklərin dediyi kimi, seks turizmi bu şəhərdə çatır-çatır işləyir.

düz oxudun, bu zarafat deyil. seks turizmi məşhədin iqtisadiyyatına ciddi təsir eləyir. iran içindən, iraqdan, hətta pakistandan gələnlər "siğə" adıyla (ya da heç siğə filan da olmadan) şəhərə axışır. bu adamlar gəlib ehtiyaclarını qarşılayır, polis də göz yumur, heç nə olmamış kimi davranır.

"holy spider" filmindəki o seriyalı qatil – saeed hanaei – guya şəhəri "təmizləmək" üçün 16 fahişəni baş örtüyüylə boğaraq öldürür. adam özünü də "dini dəyərləri qoruyuram" deyə haqlı çıxarır. bəziləri onu müdafiə elədi də. amma sonda 2002-də asılıb öldürüldü.

nə desən də, məşhəd hələ də həm ziyarət şəhəri, həm də gizli seks bazarının mərkəzi kimi qalır. ikisini eyni anda necə daşıyır, o da ayrı mövzudur.