Jean-Jacques Rousseau və Laurence Sterne kimi yazıçılar sentimentalizmin ən tanınmış nümayəndələridir
Sentimentalizm, hisslərə və emosional təcrübələrə həddindən artıq önəm verilməsi meylidir. Bu anlayış fəlsəfə və ədəbiyyatda insanın duyğusal tərəfinin mənəvi və estetik dəyərlər baxımından əhəmiyyətini vurğulayan bir cərəyan kimi tanınır.

Fəlsəfədə Sentimentalizm

Sentimentalizm XVIII əsrdə əxlaq fəlsəfəsində meydana gələn bir cərəyandır. Bu yanaşmaya görə, əxlaqi mühakimələr və düzgün davranışlar ağıldan çox empati, mərhəmət və hisslər vasitəsilə müəyyən olunur. Xüsusilə İskoç filosofları Devid Hyum və Adam Smit kimi düşünürlər əxlaqi hisslərin əxlaq sistemlərinin təməlində durduğunu müdafiə etmişlər.

Ədəbiyyatda Sentimentalizm

Ədəbiyyatda sentimentalizm, personajların emosional və daxili dünyasını ön plana çıxaran bir cərəyandır. XVIII və XIX əsrlərdə romantizmin sələfi kimi qəbul edilir. Bu cərəyanın əsərlərində sevgi