Mənə etdiklərindən sonra səni hər yerdən blokladım, səninlə heç bir şəkildə danışmaq istəmirəm dedim. Amma sən bezdirmələrinə davam etdin. Başqaları ilə mənə xəbər göndərdin, mənim yanımda olduğunu bildiyin insanları ardıcıl axtarıb məni narahat etdin. Mən susduqca, sən dozunu artırdın. Bu iş hara gedəcək deyə düşünərkən, çox sevdiyim birini doldurub gecəyarısı qapıma göndərdin və səbr daşımı çatlatdın. Üzünə həqiqətləri deyəndə isə bax belə, dünya başına döndü, özünə gələ bilmədin. Əlbəttə davam etsən, bu dəfə yalnız həqiqətləri sənə xatırlatmaqla kifayətlənməyəcəyəm, sənin bilməsini istəmədiyin insanların da bilməsini təmin edəcəyəm. Səndən tək istəyim məndən uzaq dur və öz həyatını yaşa.
Sənə qarşı nəsə hiss etməyə başladığımı düşünürəm. Əvvəllər səninlə danışarkən ağlımda belə şeylər yox idi. Söhbətin və zarafatların çox xoşuma gəlir. Gözəlsən, dəli-dolu, amma bir o qədər də ağıllısan. Səninlə danışmaq mənə yaxşı təsir edir, amma aramızda nəsə olma ehtimalının da bir o qədər az olduğunu bilirəm. Özündən 3-4 yaş kiçik biri ilə olmaq istəməzsən. Yetərincə diqqətini çəkib-çəkmədiyimi də anlayıram, bu diqqətin nəsə yaşanması üçün kifayət etmədiyini düşünürəm. Sadəcə olaraq sınayıb görmək istərdim.
heey bəlkə vecinə deyil, amma mən incimişəm. Könlümü almayacaqsan?