Sənə qarşı nəsə hiss etməyə başladığımı düşünürəm. Əvvəllər səninlə danışarkən ağlımda belə şeylər yox idi. Söhbətin və zarafatların çox xoşuma gəlir. Gözəlsən, dəli-dolu, amma bir o qədər də ağıllısan. Səninlə danışmaq mənə yaxşı təsir edir, amma aramızda nəsə olma ehtimalının da bir o qədər az olduğunu bilirəm. Özündən 3-4 yaş kiçik biri ilə olmaq istəməzsən. Yetərincə diqqətini çəkib-çəkmədiyimi də anlayıram, bu diqqətin nəsə yaşanması üçün kifayət etmədiyini düşünürəm. Sadəcə olaraq sınayıb görmək istərdim.