Uşağın reaksiyasına nəzarət etmək asan deyil. Bir baxırsan, sevinir, bir baxırsan, ağlayır. Hər şeyə ani və dürüst reaksiya verir. Valideyn kimi sakit qalmaq, səbrli olmaq vacibdi. Çünki sən necə davransan, o da ondan öyrənəcək.
Başqalarının uşağa söylədiklərinə nəzarət edə bilmərik. Amma uşağın o deyilənlərə necə reaksiya verəcəyinə nəzarət edə bilərik..