uşağınızın fərdi olmasını təmin edin. Hər şeydən və hər kəsdən müstəqil düşünmək bacarığı verin. Öz qərarlarını verə bilən və başqalarının təsirinə məruz qalmayan fərd yetişdirin.
Övladlarınız sizin şəxsi mülkünüz, əşyanız, oyuncagınız deyil.Boşanarkən övladlarınızdan istifadə etməyin.Övladın ataya və anaya ehtiyacı var.Qadın övladını atasına qarşı, kişi övladını anasına qarşı edir.Övladını sevən valideyin onun gələcəyini düşünər, psixologiyasını düşünər.Valideyin sevgisi ilə böyüyən uşaqları gələcəkdə hec bir problem yıxa bilmir, bilməz....
Ailələr uşaqları psixoloji və ideoloji təsirlərlə idarə etməyə çalışır; bu, anormal bir haldır. Çünki insan azad düşüncə və azad hərəkət sahibi olmalıdır. Gələcəkdə etdiyi səhvləri ideologiya və ya dini hisslərə yükləmək doğru olmaz. Odur ki, çalışın, övladlarınıza doğru və ayrıntılı məlumat verin və onun böyüdükcə öyrənməsinə, ən əsası isə özünün öyrənməsinə köməklik edin. Bu şəkildə, onun inkişafına təkan vermiş olacaqsınız.
Xahiş edirəm dərsdə 2,3 alan uşaqlarınızı incitmiyin üstlərinə getmiyin. Onlara həyatda heç nəyin 4/4 lük olmadığını bildirin. Dərsə gedirsə 2 də alacaq 3,4,5 də. Həyat məktəbdə verilən qiymətlərlə ölçülmür. Bayaq qonşumuz az qala uşağı "internata" verə ki niyə 2 almısan. Dahada təsəlli verməkdən yanında olmaqdan üstünə gedir. Uşağ çox ağıllı uşağdı. Çox gözəl rəsim qabiliyyəti var. Amma anası illa sən həkim olacağsan deyir və uşaq hələ 6 da oxuyur. Etmiyin qoyun istədiyi peşəyə yiyələnsin🥲🎀