digər bürclərə mənsub kişilər tərəfindən istifadə olunub kənara atıldıqdan sonra “həqiqi sevgini xərçəngdə taparam” deyib, amma xərçəng kişisinin incə ələyib sərt süzməsindən keçə bilməyən qadınların ağlama divarına çevrilmiş başlıqdır bu, tam olaraq.

yaxşı kişiyə aid bütün xüsusiyyətləri daşıyan – yaxşı qəlbli, eşq adamı, hörmətli və sevgi dolu, saçınızın bir telinə zərər gəlsə dünyanı yandıracaq qədər sahib çıxan, gözləri sizdən başqa heç kimi görməyən, evinə və həyat yoldaşına bağlı, dünyanın ən yaxşı atası olma potensialına sahib bir kişini özünüzdən soyutmağı bacarmısınızsa və ya ümumiyyətlə onu əldə edə bilməmisinizsə, bir aynanın qarşısına keçib özünüzdə axtarın problemi

xərçəng bürcü səbir daşı kimidir. bunu belə çatlada bilirsinizsə, heç bir kişi sizə dözə bilməz. elə dözə bilmədikləri üçün də “işlət-at” metodunu seçiblər.