Mən deyərdim, Azərbaycan təbiətinin ən qəşəng mənzərəsi. Quba rayonunda, dağların qucağında yerləşir. Elə bir hündürlükdədir ki, sanki göylə salamlaşırsan. 2,300 metrə yaxın yüksəklikdə yerləşir – yəni "mən şəhərdə nəfəs ala bilmirəm" deyənlər üçün əla yerdi.

Kəndin yaşı da az deyil, tarixi minillərlə ölçülür. Hətta deyirlər, dünyanın ən qədim yaşayış məskənlərindən biridir. Ən maraqlısı – camaat öz dilində danışır. Xınalıq dili var. Yəni kəndə getsən, Google Translate də sənə kömək edə bilməz.

Ev tikilişləri də öz yerində – dağın sinəsinə yapışmış daş evlər. Biri o birinin damının üstündə. Bəli, bu kənddə qonşunun damına çıxmaq = qonşugildə qonaq olmaq.

Qışda qar altında itib-batır, yayda isə cənnətə dönür. Turistlər bura axın edir, həm təbiətə heyran qalırlar, həm də kəndin ab-havasına.

Məndən soruşsan, Xınalıq – həm nəfəs almaq, həm də düşünmək üçün ideal yerdir. Wi-Fi zəif ola bilər, amma başın çox gözəl "rahatlayacaq".