Bəzən xoşbəxtlik, çətin və ya əlçatmaz bir şey kimi görünür. Həyatın çətinlikləri, itkilər və qorxular insanı bu hissdən uzaqlaşdırar. Amma xoşbəxtlik yalnız mükəmməl anlarla deyil, kiçik, gündəlik sevinclərlə də mümkündür. Bəzən onu tapmaq üçün iç dünyanı dəyişmək və həyatın sadə tərəflərini qiymətləndirmək lazımdır.
Əgər doğrudan da xoşbəxt olmaq istəyirsənsə, gərək anlayasan ki, xoşbəxtlik özü-özlüyündə bir məqsəd ola bilməz. Çünki xoşbəxtlik elə bir şeydir ki, axtaranda tapılmır, təbiəti belədir.
Əgər prosesi yaşayırsansa, anın içində qalmağı bacarırsansa, bəlkə tam doymayacaqsan, amma gedişatdan zövq alacaqsan. Bu da o deməkdi ki, nəticə gözlədiyin kimi olmasa belə, məyus olmaq ehtimalın azalır.
Yəni xoşbəxtlik arxasınca qaçmaq yox, yaşadığın yolu hiss eləməkdi.