Əvvəllər televizorda baxmaq istədiyimiz verilişi bir həftə gözləyirdik. Baxdığımız yerdə aralarda 15 dəqiqə reklamlar olurdu. Xoşbəxt idik. İndi YouTube'da ürəyimiz nəyə nə vaxt istəsə, baxa bilirik. Amma 15 saniyə reklam görəndə əsəbiləşirik, canımız çıxır gözləməyə. Əlçatanlıq bizi səbirsizləşdirir.