Böyük-böyük teleskoplar, milyonluq detektorlar... amma hələ də qaranlıq maddə nədi bilmirik. İndi alimlər deyir ki, bəlkə də bu maddə çox yüngüldü — protondan da az çəkili. Ona görə də gözümüzdən yayınır.

Berkeley Laboratoriyası bu işin başındadı. Kiçik layihələrlə böyük sirrin dalınca gedirlər. Məqsəd? Kainatın 85%-ni təşkil edən bu "görünməz" şeyi nəhayət tanımaq. Yəni, çox adamın vecinə olmasa da, bu adamlar kainatın qaranlıq tərəfini işıqlandırmağa çalışır.