Another animəsini vaxtilə izləmişdim, yadımda qalan o ağır hava, ürpədici səhnələr və bitməyən suallar idi. Dərhal deyim ki, psixoloji qorxu və mistika sevirsənsə, bu anime səni tutacaq.

Hadisələr bir məktəbdə cərəyan edir. Yeni köçən oğlan – Kouichi, sinifdə qəribə atmosfer hiss edir. Hamı sanki nədənsə qorxur, bir-birilə qəribə davranır, üstəlik bir qız var – Misaki Mei – nə danışır, nə də kimsə onun varlığını qəbul edir. Bayaqdan deyirəm ki, mistikadır da, elə-belə deyil.

Anime boyu az qala hər seriyada biri ölür. Və ölümlər də o qədər qeyri-adi və qəfil olur ki, bir nöqtədən sonra artıq baxanda nəfəsini tutursan. "Növbəti kim olacaq?" – bu sual beynində fırlanır.