Another animəsini vaxtilə izləmişdim, yadımda qalan o ağır hava, ürpədici səhnələr və bitməyən suallar idi. Dərhal deyim ki, psixoloji qorxu və mistika sevirsənsə, bu anime səni tutacaq.

Hadisələr bir məktəbdə cərəyan edir. Yeni köçən oğlan – Kouichi, sinifdə qəribə atmosfer hiss edir. Hamı sanki nədənsə qorxur, bir-birilə qəribə davranır, üstəlik bir qız var – Misaki Mei – nə danışır, nə də kimsə onun varlığını qəbul edir. Bayaqdan deyirəm ki, mistikadır da, elə-belə deyil.

Anime boyu az qala hər seriyada biri ölür. Və ölümlər də o qədər qeyri-adi və qəfil olur ki, bir nöqtədən sonra artıq baxanda nəfəsini tutursan. "Növbəti kim olacaq?" – bu sual beynində fırlanır.
2012-ci ildə buraxılan bir qorxu-mystika animəsidir. Yukito Ayatsuji'nin eyni adlı romanından əsaslanır. Mövzusu 1972-ci ildə bir tələbənin faciəli ölümündən başlayır və illər sonra Kouichi Sakakibara adlı yeni bir tələbənin qəribə hadisələrə şahid olması ilə davam edir. Sinif 3-3-də (9c) sirli bir “əlavə şəxs” mövcuddur və şagirdlər bu lənətdən qurtulmaq üçün qeyri-adi metodlar sınamaq məcburiyyətindədirlər. Gərginlik, qanlı səhnələr və psixoloji qorxu elementləri ilə dolu bir animedir.

Klassik Yaponiya qorxu hekayəsinin müasir şərhi kimi hiss olunur. Ölüm səhnələri qanlı və gözlənilməz anlarda baş verir, bu da izləyərkən daim diqqətli olmağınıza səbəb olur. Lakin, xarakter inkişafı bir qədər zəif qalır və xüsusilə baş qəhrəman Kouichi bəzən çox passiv hiss olunur. Mei Misaki isə daha maraqlı bir xarakterdir, amma onun sirri bir qədər çox müddət qorunur. Buna baxmayaraq, son epizodlara doğru gələn böyük açıqlamalar qənaətbəxşdir və hekayəni gözəl bir şəkildə tamamlayır.