Beyin təbiətin ən mürəkkəb kompüteridi. Süni intellekt isə onun kopya çəkməyə çalışan tələbəsi. Beyin illərlə öyrənib, instinktlə qərar verir, hiss edir, adaptasiya olur. Süni intellekt isə sadəcə verilən dataya baxır, nümunə axtarır, nəyi necə öyrədiblərsə, onu edir.
Beyin və süni intellekt arasındakı əlaqə çox maraqlı bir mövzudur. Süni intellektin inkişafı, insan beyninin funksiyalarını daha yaxşı anlamağa kömək edir. Məsələn, beyinin necə işlədiyi barədə daha çox məlumat əldə etdikcə, süni intellektin öyrənmə və qərar vermə qabiliyyətləri də inkişaf edir. Gələcəkdə, beyin- maşın interfeysi vasitəsilə insanlar ilə süni intellekt arasında daha dərin bir əlaqə qurulması mümkündür.