Brend geyinmək pis deyil, amma dəyərini onunla ölçmək – bax, o bir az kasıblıq əlamətidi. Pulun ola-ola geyinirsənsə – lap əla. Amma borcla, kreditlə alıb instada “rich vibes” verirsənsə – o zaman özünü deyil, başqalarını aldadırsan.

Qısası, geyim səni göstərməli deyil. Əgər adamın içi boşdursa, üzərinə Gucci də geyinsə, yenə “etiketli boşqab” effekti verir – görünüş var, içi boşdu.
Bu, orta təbəqənin özünəməxsus xüsusiyyətlərindən biridir. Aşağı və yuxarı təbəqələr arasında sıxışan, bəzən aşağı təbəqəyə, bəzən də yuxarı təbəqəyə yaxın olan istehlak vərdişlərinə sahib olan orta təbəqədən olan insanlar, həyat axınında hər zaman ən yaxşı markalar əvəzinə, orta sinif məhsullarına üz tuturlar, amma birdən-birə necəsə,marka geyinirlər

Evdə nə yediyimi heç kim görmür, amma geyindiyim şeylər məni ortadan bir az yuxarı göstərib, özlərini dəyərli/iqtisadi göstərici kimi göstərdikləri münasibətlə brendlərə pul xərcləyir, ayın sonunda isə aşağı siniflər kimi hesablamalar aparırlar.