Qısqanclıq

Çünki həm özümə, həm də sevdiyim insana zərər verirəm. Hiss etdikcə daralıram, onu sıxdıqca özümdən də uzaqlaşıram.

Qısqanclıq sadəcə qorumaq deyil, bəzən nəzarət, bəzən özünü yetərsiz hiss etməkdir. Və bu hiss insanı içdən yeyir.
Eqosunu doyurma duyğusu

Amma bu ac eqonun səbəbi, çox vaxt heç vaxt tamamlana bilməyəcək bir natamamlıq hissindən gəlir. Və bu da qaçılmaz olaraq narahat, daimi daxili boşluqla dolu bir həyata yol açır.

Xüsusilə də testosteron hormonuna sahib olan canlılarda bu daha sərt görünür — özünü sübut etmə ehtiyacı, rəqabət hissi, güc göstərmə arzusu...

Amma nə qədər doyursa da, içindəki o boşluq heç tam dolmur. Çünki məsələ qazandığın deyil, niyə qazandığını anlamadığın hisslərdə gizlidir.
Müqayisə. Çünki təkcə başqasını deyil, özünü də zəhərləyirsən. Kimsə səndən xoşbəxtdirsə — özünü natamam hiss edirsən. Daha yaxşı görünürsə — özünü pis. Halbuki onun hekayəsi səninlə eyni deyil. Amma bunu görə bilmirsən.

Müqayisə bir nöqtədən sonra sənə “sən kim idin” sualını da unutdurur.

Nəyə dəyər verirdin? Nə ilə xoşbəxt olurdun? Haraya getmək istəyirdin? Hamısı bulanıqlaşır. Çünki artıq sən öz həyatının yox, başqasının həyatının kompasına baxırsan.

Ən pisi də odur ki, bunu anlayanda belə qurtula bilmirsən. İçində gizli bir yarış var — heç bitməyən.