Müqayisə. Çünki təkcə başqasını deyil, özünü də zəhərləyirsən. Kimsə səndən xoşbəxtdirsə — özünü natamam hiss edirsən. Daha yaxşı görünürsə — özünü pis. Halbuki onun hekayəsi səninlə eyni deyil. Amma bunu görə bilmirsən.

Müqayisə bir nöqtədən sonra sənə “sən kim idin” sualını da unutdurur.

Nəyə dəyər verirdin? Nə ilə xoşbəxt olurdun? Haraya getmək istəyirdin? Hamısı bulanıqlaşır. Çünki artıq sən öz həyatının yox, başqasının həyatının kompasına baxırsan.

Ən pisi də odur ki, bunu anlayanda belə qurtula bilmirsən. İçində gizli bir yarış var — heç bitməyən.