İran'a getmək qərarı verəndə, "maraqlı yerlər, zəngin tarix" deyirlər. Amma bir də "nə baş verəcəyini heç kim bilməz" tərəfi var. Səyahət, əgər gözlənilən riskləri qəbul edirsənsə, maraqlı ola bilər.
Təbriz, Ərdəbil, Həmədan... Azərbaycan türkləri ilə dolu, özünü evdəki kimi hiss edirsən. İran mədəniyyəti zəngindi, bazarları, xalçaları, çayı, qəndi... Təbii ki, orda bir az fərqli qaydalar var, geyimə və davranışa fikir vermək lazımdı. Amma münasib qiymətə çox şey görmək olur.