Bir dəfə bir qız dostuma soruşdum: "Qadınlar nə istəyir axı?" Dedi ki, “digər qadınlar nəyə həsədlə baxırsa, qadın da onu istəyir.” Düzü, çox yerində cavab idi. O gündən bəri bu fikri "doğru cavab" kimi beynimə yazmışam.

Çünki baxırsan, məsələn, bir qadın digərinin münasibətinə həsəd aparırsa – deməli, sevgi istəyir. Kimi paltara baxır, kimi pula, kimi sərbəstliyə, kimi qayğıya... Nəyi az görürlərsə, o gözlərinə daha çox görünür.

Qısası, qadınlar ümumiyyətlə başqasının sahib olduqlarına baxıb, “mənim də olsa pis olmazdı” deyə içindən keçirir. Elə kişilər də fərqli deyil, sadəcə biz biraz daha səs-küylü istəyirik.