“Şəhid ailələrinə pulsuzdur” yazısı sadə cümlə, ağır mənası
Bir yerdə “Şəhid ailələrinə pulsuzdur” yazısını görəndə adamın içi qürurla yanaşı bir az da sıxılır. Çünki o yazı təkcə bir endirim yox, bir yoxluğun sənə dedizdirilməsidi. Kimsə bir ömrünü verib, sən də ona görə indi pulsuz çay içirsən, ya da avtobusa minib “ödəmə” deyə keçirirsən. Bu rahatlığın arxasında qurban var.
O yazı həm təşəkkürdü, həm də ürək ağrısı. Təşəkkür ona görə ki, kimlərsə unutmur. Ürək ağrısı ona görə ki, heç nə o ailənin itirdiyini geri gətirmir. Pulsuz yemək, pulsuz bilet, pulsuz xidmət bunlar vicdan borcunun sadə formalarıdı. Bəlkə də heç lazım deyil onlara, amma o jest deyir: “Sizi xatırlayırıq. Tək deyilsiz.”
Yəni o yazı həm sayqıdı, həm də bir millətin baş əyməsidi. Amma əsas odur ki, o cümlə reklama çevrilməsin, niyyət təmiz qalsın. Çünki şəhidin adı ilə edilən hər şey, halal və səmimi olmalıdı.