Deyirəm, “bu gündən sağlam qidalanıram”. Təzə motivasiya gəlib. Amma ana mətbəxdən səslənir: “Plov bişirmişəm, turşu da var yanında”. Plan orda bitdi. Kaşığı əlimə alanda diyeta məndən küsüb çıxır gedir. Sabah yenidən başlayaram, deyə-deyə 3-cü boşqabı yeyirəm.