Hər dəfə Temu tətbiqini açıram, qarşıma bir "hədiyyə qazandın!" yazısı çıxır. Sevinirəm, amma içimdə də bir səs deyir ki, “sakit ol, qardaş, bu yalandı.” Həmişə də düz çıxır.

Guya sənə telefon, pul, kupon, ne bilim nə verəcəklər — amma şərt qoyurlar. “Filankəsə göndər, 3 nəfər yükləsin, 5 nəfər qeydiyyatdan keçsin.” Sonda ya vaxt bitir, ya da sistem səni “az qala” mərhələsində saxlayır. Elə bil oyun oynayırlar sənlə.

Ən pisi də nədi bilirsiz? Bu qədər adam həmin hədiyyələrin xəyalı ilə əziyyət çəkir, paylaşır, reklam edir. Axırda heç nə almırlar. Temu isə qazanır — həm istifadəçi, həm reklam.

Qısası, bu kampaniyalar insanı ümidlə aldatmaq üçündü. Hədiyyə deyəndə, o hədiyyə sənə çatmalıdı, yoxsa onun adı tapşırıq siyahısıdı, nə hədiyyə?

Temudan bir şey istəyirsinizsə, ya cibinizə güvənin, ya da heç ümid bağlamayın.
(ayrıca bax: trendyol yoxsa temu)