- Sənə verdiyi sirri başqasına danışması
- Səni yalnız işləri düşəndə xatırlaması
- Əhvalın pozulanda lağ etməsi, ciddiyə almaması
- Əsas mövzularda dürüst olmaması
- Həmişə təkcə öz mənafeyini güdməsi
- Səni başqaları ilə mənasız müqayisə etməsi

Dostluq güvənlə qurulur, amma bəzi hallar bu güvəni bir anda sarsıda bilər.
Bəzən bir söz, bir hərəkət bəs edir. Sən zarafat edirsən, o ciddi cavab verir. Sən can yandırırsan, o vecinə almır. Ya da birdən görürsən, arxandan danışıb. Elə bil içindəki “dost” obrazı çatlayır, yerində yad birisi qalır.
Bir baxırsan, hər dediyi söz sənə ilişir. Zarafat kimi deyir, amma içində bir həqiqət yatır, hiss edirsən. Sonra bir gün anlayırsan ki, səndən çox sənlə yarışır. Sevinəndə qısqanır, üzüləndə içdən rahatlayır.

Və o an bitir artıq. Nə keçmiş qalır, nə xatirə. Elə o anda soyuyursan.