Bir baxırsan, hər dediyi söz sənə ilişir. Zarafat kimi deyir, amma içində bir həqiqət yatır, hiss edirsən. Sonra bir gün anlayırsan ki, səndən çox sənlə yarışır. Sevinəndə qısqanır, üzüləndə içdən rahatlayır.

Və o an bitir artıq. Nə keçmiş qalır, nə xatirə. Elə o anda soyuyursan.
Bəzən bir söz, bir hərəkət bəs edir. Sən zarafat edirsən, o ciddi cavab verir. Sən can yandırırsan, o vecinə almır. Ya da birdən görürsən, arxandan danışıb. Elə bil içindəki “dost” obrazı çatlayır, yerində yad birisi qalır.